ABŞ-ın keçmiş prezidenti Corc Buş oğul iş anketinə yeni peşə əlavə edə bilər: rəssam. Rəsm əsərlərinin mövzusuna gəldikdə isə burada onun təcrübəsinə heç kəs şübhə edə bilməz. Dünya liderləri Corc Buşun yaxşı bildiyi bir mövzudur.
Cənab Buşun Texasın Dallas şəhərində
prezident kitabxanası və muzeyində dünya liderlərinin portretlərindən ibarət «Liderlik
sənəti: Prezidentin şəxsi diplomatiyası» adlı sərgisi açılır. Sərgidə onun
2001-2009-cu illər arasında ABŞ prezidenti olduğu illər Rusiya prezidenti
Vladimir Putin, Britaniyanın keşmiş baş naziri Toni Bleyr və Tibetin dini
lideri Dalay Lama kimi görüşdüyü dünya liderlərinin portretləri nümayiş
etdirilir.
ABŞ-ın keçmiş prezidenti rəssamlıqla iki il bundan əvvəl məşğul olmağa başlayıb. NBC televiziyasında çalışan qızı Cenna Buş Hagerlə müsahibədə cənab Buş özünü böyük rəssam hesab etmədiyini, lakin qarşısında yeni bir dünyanın açıldığını deyib.
çap et