Melin İsveçin Ukraynaya verdiyi dəstək səbəbiylə riskin artdığını və xüsusilə hərbi obyektlərin və silah zavodlarının Rusiyanın hədəfində ola biləcəyini iddia edib. Rəsmi Rusiyanın İsveçə yönəltdiyi təhlükəni ciddi qəbul etdiklərini və buna uyğun cavab verdiklərini bildirib.
Bildirilir ki, Moskvanın hücumlarına casusluq fəaliyyəti ilə cavab verilib və müdafiəsi zəif olan kiçik müəssisələrə xüsusi təhlükəsizlik təlimi verilib.
Təxminən 250 şirkətin üzv olduğu İsveç Təhlükəsizlik və Müdafiə Sənayesi Dərnəyinin (SOFF) verdiyi açıqlamada Rusiyanın casusluq fəaliyyətlərində və həssas məlumatların toplanmasına yönəlmiş əməliyyatlarında daha aqressivləşdiyi irəli sürülüb.
Kremlin hərtərəfli dezinformasiya fəaliyyəti həyata keçirdiyini əsas gətirən İsveç rəsmiləri bunun təxminən 6 ay əvvəl NATO-ya üzv olan Skandinaviya ölkəsinə inamı sarsıtmaq olduğunu iddia edirlər.
SOFF rəsmiləri həmçinin qeyd edirlər ki, müdafiə və texnologiya sahəsində şirkətlər Rusiyanın casusluq fəaliyyətlərinə qarşı daha möhkəm qorunmalıdır. Təşkilatın baş katibi Robert Limmerqard deyib: “Bugünkü qanunlar sülh dövrü üçün yazılıb, amma biz ciddi bir dönəmdən keçirik. Təhlükəsizliyin qorunması nəzarət orqanlarına daha çox resurs, həmçinin hakimiyyət orqanları və şirkətlər arasında təhdidlər haqqında daha çox məlumat mübadiləsini tələb edir.
Böyük Britaniyanın tanınmış qəzetlərindən olan “The Guardian” yazır ki, İsveç Müdafiə Nazirliyi şərh tələbini rədd edib.