Vaxt.Az

Braziliyada “X”ə qadağa


 

Ölkənin ali məhkəməsi qanuni nümayəndə təyin etməyən platformaya girişi bağlayıb

Braziliyada “X”ə qadağa İlon Maskın “X” sosial media platforması, Braziliya Ali Məhkəməsinin tələbini yerinə yetirməyərək, Braziliyadakı ofisini bağladı. Bundan sonra Ali Məhkəmə “X” platformasına qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib və sosial şəbəkəyə girişi dayandırıb.

Məsələ ilə bağlı Braziliya Ali Məhkəməsi açıqlama verib. Açıqlamada, Ali Məhkəmənin hakimi Aleksandre de Moraesin girişi qadağan etmək qərarına gəldiyi bildirilib.

Açıqlamada, internet xidmət təminatçılarına və tətbiq reklamlarına girişin qarşısını almaq üçün 5 gün müddət verildiyi bildirilib

İlon Mask qərarla bağlı “X” platformasında status paylaşıb: “İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakim onu ​​siyasi səbəblərdən məhv edir”.

***

Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı “çevriliş cəhdi” istintaqı çərçivəsində “X” platformasından bəzi insanlar haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını tələb edib.

Mask məhkəmənin tələbini yerinə yetirməyib və platformanın Braziliyadakı ofisini bağlayıb.

Braziliya Ali Məhkəməsi “X” sosial şəbəkəsinə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib, əks halda platformaya girişin qadağan ediləcəyini açıqlayıb.

 





31.08.2024    çap et  çap et