“Bloomberg”in saytında yer alan xəbərə görə, bu şəxs İranın ali dini lideri Əli Xameneyinin baş məsləhətçilərindən olan Əli Şəmxaninin oğlu Hüseyn Şəmxanidir. Agentlik öz xəbərlərində Hüseyn Şamxaninin İran və Rusiyanın böyük həcmdə qlobal xam neft ixracını idarə edən bir imperatora çevrildiyini iddia edib.
Xəbərə görə, qlobal enerji bazarlarında neft alveri ilə məşğul olan çox az adam bu adamın Əli Şəmxaninin oğlu olduğunu bilir və ona “Hektor” deyir.
Xəbərdə Hüseyn Şəmxaninin idarə etdiyi şirkətlər qrupunun sanksiyalara məruz qalmayan ölkələr vasitəsilə neft və neft-kimya məhsulları satdığı, bəzən isə müxtəlif ölkələrin xam nefti ilə qarışdıraraq alıcıların mənşə ölkəsini öyrənməsini çətinləşdirdiyi də vurğulanıb.