Rusiya Müdafiə Nazirliyi, Kursk bölgəsində baş verənlərlə bağlı açıqlamasında, “Şimal Qrupu qoşunları ordunun aviasiyası və artilleriya atəşi ilə dəstəklənən Ukraynanın 6 hücumunu dəf edib. Rusiyanın “Sputnik” xəbər agentliyinin məlumatına görə, taktiki operativ aviasiya Sumı vilayətində Ukrayna əsgərlərinin və texnikasının cəmləşdiyi ərazilərdə əməliyyat keçirib.
“Son 24 saat ərzində Ukrayna qüvvələrinin itkiləri təxminən 400 əsgər, bir tank, üç zirehli transportyor və 18 zirehli texnika, o cümlədən 14 zirehli döyüş maşını təşkil edib”.
Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, Kursk istiqamətində gedən toqquşmalarda düşmən ümumilikdə 8200-dən çox əsgər, 76 tank, 36 piyada döyüş maşını və 67 zirehli transportyor, 521 zirehli döyüş maşını, 242 avtomobil, 56 top və 16 raket qurğusu itirib.
Ukrayna silahlı qüvvələri avqustun ilk həftəsində Kursk bölgəsinə daxil olub və bu, İkinci Dünya Müharibəsindən sonra Rusiyaya edilən ən böyük quru hücumu kimi qiymətləndirilir. Ukrayna qüvvələri sonrakı günlərdə Rusiya ərazisində əlavə üstünlüklər əldə edib.