ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 29-da səhər saatlarında İraq qüvvələri ilə birlikdə İraqın qərbində əməliyyat keçirdiklərini və 15 İŞİD elementini məhv etdiklərini açıqlayıb.
CENTCOM-un verdiyi açıqlamada deyilir: “Bu qrup çoxlu silah, bomba və partlayıcı kəmərlərlə silahlanmışdı”.
ABŞ müdafiə mənbəsi əməliyyatda 7 ABŞ əsgərinin yaralandığını bildirib.
Digər tərəfdən, İraq ordusu ABŞ qüvvələri ilə birgə həyata keçirdiyi əməliyyatı təşkilata “acı zərbə” kimi qiymətləndirərək, Ənbarın qərbində coğrafi baxımdan çətin bir bölgədə bir çox yüksək səviyyəli terrorçu liderin öldürüldüyünü bildirib.
İraq ordusundan verilən açıqlamada terrorçuların təfərrüatları, adları və fotoşəkillərinin DNT testi prosesi tamamlandıqdan sonra açıqlanacağı bildirilib.