Vaxt.Az

Yenə Pensilvaniya, yenə hücum


 

Mitinqdə Donald Trampa qəsd etmək istəyən şübhəli şokedici silahla dayandırılıb

Yenə Pensilvaniya, yenə hücum Donald Tramp Pensilvaniya ştatında seçicilər qarşısında çıxış edərkən mətbuat sahəsinə girən bir şübhəlinin hüquq-mühafizə orqanları tərəfindən şokedici silahla vurulması zamanı mitinq iştirakçıları təhlükəsizliklə bağlı həyəcan yaşayıb. Bu hadisə keçmiş prezidentin sui-qəsd cəhdindən sağ çıxmasından bir neçə həftə sonra baş verib.

Hadisə avqustun 30-da ABŞ prezidentliyinə namizədin Constaun şəhərində tərəfdarları qarşısında çıxış edərkən baş verib.

ABŞ-ın keçmiş prezidenti Demokratik rəqibi Kamala Harris və onun müavini Tim Vals müsahibə verdiyi CNN-i hədəfə alıb və böyük media təşkilatlarını onun haqqında mənfi xəbərlər dərc etdiklərinə görə tənqid edib.

“CBS News” müxbirinin hadisə ilə bağlı sosial şəbəkədə paylaşdığı videoya görə, naməlum şəxs media ərazisini əhatə edən maneələri keçərək televiziya müxbirlərinin və kameraların yerləşdiyi pilləkənin arxasına qalxmağa başlayıb. Kadrlarda onun yanında olan şəxslərin onu pilləkənlərdən endirməyə çalışdıqları görünür.

Polis rəisinin müavinləri və əməkdaşları cəld hadisə yerinə gəliblər və şübhəlini şokedici tapança ilə zərərsizləşidiriblər.

Polis şübhəlini apararkən, Tramp pərəstişkarlarına “Tramp mitinqindən daha əyləncəli yer varmı?” deyə soruşdu.

Bir neçə dəqiqədən sonra polis izdihamın arasından başqa bir adamın qoluna qandal vuraraq onu zaldan dartıb çıxarıb. Hər iki həbsin əlaqəli olub-olmadığı məlum deyil.

Bu pozuntu iyulun 13-də Trampın Pensilvaniya ştatının Butler şəhərində açıq mitinqində güllələnmədən bir neçə həftə sonra baş verib və bu, siyasi tədbirlərdə təhlükəsizlik səviyyəsi ilə bağlı ciddi suallar doğurub.

Mitinq başlayandan bir neçə dəqiqə sonra silahlı Tomas Kruks atəş açıb və nəticədə Tramp qulağından yaralanıb. Məxfi Xidmət agentləri onu qorumaq üçün səhnəyə qaçıblar.

Mitinqə ailəsi ilə birlikdə qatılan 50 yaşlı keçmiş yanğınsöndürmə rəisi Korey Komperatore dünyasını dəyişərkən, iki tamaşaçı – 57 yaşlı David Datç və 74 yaşlı Ceyms Kopenhaver xəstəxanaya yerləşdirilib.

20 yaşlı Kruks Məxfi Xidmətin snayperi tərəfindən vurularaq öldürülüb.

Daha sonra Kruksun avtomobilinin yük yerindən iki əldəqayırma partlayıcı qurğu tapılıb.

Hücum, həm Demokrat, həm də Respublikaçı parlament üzvlərinin hücumçunun qarşısını almaq mümkün olub-olmadığı sualına cavab axtarmağa səbəb olub. Çünki silahlı şəxsin hücumdan bir neçə dəqiqə əvvəl bir neçə dəfə göründüyü ortaya çıxdı.

Məxfi Xidmət Direktoru Kimberli Çitl hadisədən sonra vəzifəsindən istefa verbi və bir neçə agent həmin gün agentliyin müdaxiləsinin sərt tənqidi fonunda məzuniyyətə göndərilib.

Hücumdan sonra Tramp və vitse-prezidentliyə namizəd Ceyms Vens kampaniya mitinqlərində və tədbirlərdə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris və vitse-prezidentliyə namizədi Tim Valsdan daha ciddi mühafizə olunurlar.

 





02.09.2024    çap et  çap et