Çin Sahil Mühafizəsinin sözçüsü Liu Dicun verdiyi açıqlamada Filippin gəmisinin qeyri-peşəkar və təhlükəli manevrlə Çin gəmisini qəsdən vurduğunu iddia edib.
Filippin Sahil Mühafizəsinin sözçüsü Cey Tarriela Çin gəmisinin “Sabina Shoal”da lövbər salmış “BRP Teresa Magbanua” gəmisini heç bir təxribat olmadan üç dəfə vurduğunu və gəmiyə ziyan dəydiyini iddia edib.
“BRP Teresa Maqbanuanı” bölgəyə istiqamətləndirdiyini və aprelin ortalarında Çinin mübahisəli qayalığı dolduracağına və strukturlar quracağına şübhə ilə lövbər saldığını ifadə edən Tarriela, “Artan təcavüz, zorakılıq və gərginlik artıran hərəkətlərə baxmayaraq, Çin Sahil Mühafizəsi, gəmimiz Sabina qayalıqlarından geri çəkilməyəcək”.
***
Spratli adalarının cənubunda “Sabina Shoal” ətrafında Çin və Filippin sahil mühafizə gəmiləri arasında gərginliyə səbəb olan toqquşmalar baş verir.
Filippin Sahil Mühafizəsinə aid “BRP Teresa Magbanua” gəmisi Filippinin “Buhanginan”, Çinin isə "Şienbin" adlandırdığı sahildə lövbər salıb.
Filippin gəmilərinin sözügedən gəmini təchiz etmək üçün vaxtaşırı bölgəyə səfər etməsi bölgədə hüquqlarını iddia edən Çinlə gərginliyə səbəb olur.
Filippin avqustun 19-da Çin Sahil Mühafizəsinə məxsus gəmilərlə toqquşması nəticəsində Cənubi Çin dənizinin mübahisəli sularında iki Filippin gəmisinin zədələndiyini bildirib.
Avqustun 25-də baş verən növbəti toqquşmaya görə tərəflər yenidən bir-birini günahlandırıb.
Avqustun 30-da Çin Filippinə Cənubi Çin dənizindəki Sabina Shoalda yerləşən sahil mühafizə gəmisini geri çəkməsi ilə bağlı xəbərdarlıq edib.
***
Cənubi Çin dənizi sahilyanı ölkələr müstəqillik əldə etdikdən sonra İkinci Dünya Müharibəsindən bəri region ölkələri arasında suverenlik mübahisələrinin mərkəzində olub.
Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edərkən, Vyetnam, Bruney və Malayziya ilə yanaşı, Filippin də yeraltı sərvətlərlə zəngin bölgədə haqq iddia edir.
ABŞ, eləcə də region ölkələri Çinin bölgədəki mübahisəli adalarda bazalar tikməsinə, gəmi donanması və hərbi elementlərlə mövcudluğuna qarşı çıxır.
Hollandiyada yerləşən Haaqa Daimi Arbitraj Məhkəməsi 2016-cı ildə Filippinin müraciəti əsasında Çinin Cənubi Çin dənizindəki birtərəfli suverenlik iddialarının qanuni olmadığına qərar verib.