Vaxt.Az

Təbliğat planı baş tutmadı


 

Kəndə köçüb uşaq dünyaya gətirəcək qadınlara 7 min manat mükafat vəd edilirdi

Təbliğat planı baş tutmadı Ənənəvi ailə dəyərlərinin güclü olduğu Yaponiyada subay qadınlar evlənmək üçün kənddə məskunlaşdıqları təqdirdə onları mükafatlandırma planı böyük reaksiyaya səbəb olub.

Dünyanın ən yaşlı əhalisinə malik Yaponiyada doğum nisbətlərinin artırılması ilə bağlı müxtəlif planlar gündəmdədir. Keçən həftə hökumət Tokiodan və digər şəhərlərdən evlənmək üçün qəsəbə və kəndlərə gedəcək qadınlara 600 min yen (7 min manat) vermə planını açıqlamışdı.

Yaponiya hökuməti bu yolla kənd yerlərində əhalinin sayını artırmağı və gəncləri evlənməyə və uşaq sahibi olmağa təşviq etməyi qarşısına məqsəd qoyub.

Plan ölkədə böyük reaksiyalara səbəb olub. “Qadınlar kənd yerlərində yaşamaq istəmədikləri üçün şəhərə üz tuturlar. Bu siyasət mənasızdır”, – müxalifətdəki Konstitusiya Demokratiya Partiyasının lideri Kenta İzumi deyib.

Sosial şəbəkələrdə də reaksiyalar artıb. Bir çox insanlar rəhbərliyin qadınlara yalnız ana olduqda dəyər verdiyinə görə etiraz edib.

Reaksiyalardan sonra hökumət plandan imtina etdiyini açıqlayıb.

Əhalisinin sürətlə qocaldığı Yaponiyada doğum səviyyəsinin aşağı olması səbəbindən böyük böhran yaşanır. Bu vəziyyət orta müddətli dövrdə iqtisadiyyatı ləngidən bir tendensiya kimi qiymətləndirilir.

 





02.09.2024    çap et  çap et