Prezident Tokayev artan qlobal enerji çatışmazlığına diqqət çəkərək, onların etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə ehtiyacı olduğunu bildirib.
Bu səbəbdən ölkədə nüvə energetikasının inkişafına önəm verilməli olduğunu vurğulayan Tokayev, Qazaxıstan iqtisadiyyatının sürətlə artan ehtiyaclarını yalnız AES-in ödəyə biləcəyinə diqqət çəkib.
Hazırda dünyanın 30 inkişaf etmiş və etməkdə olan ölkəsində 200-ə yaxın atom elektrik stansiyasının işlədiyini bildirən Tokayev, “Biz uzunmüddətli milli maraqları və ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq gələcəyi düşünməliyik”, – deyib.
Atom elektrik stansiyasının tikintisi məsələsinin son bir ildə ölkə ictimaiyyəti tərəfindən fəal müzakirə edildiyini qeyd edən Tokayev, “Ölkə üçün vacib olan hər bir addım ictimaiyyətin dəstəyi ilə atılmalıdır. Mən məsələni qaldırdım. Ötən il AES-in tikintisi ilə bağlı referendumun keçirilməsi məsələsi və buna görə də bu məsələ bir ildir ki, ictimaiyyətlə müzakirə olunur. Mən hökumətin bu il oktyabrın 6-da AES-in tikintisi ilə bağlı ümumxalq səsverməsinin keçirilməsi təklifini dəstəkləyirəm və bu gün müvafiq qərarı imzalayıram”, – deyib.