Vaxt.Az

Hər seçkidən sonrakı sancılı proses


 

Belçikada hökumətin formalaşdırılması üzrə işlər 4-cü aydır davam edir

Hər seçkidən sonrakı sancılı proses Belçika kralı Filip ikinci dəfə hökuməti qurmaq tapşırığını iyunun 9-da keçirilən seçkidə qalib gələn N-VA lideri Bart De Veverə verib. Kralın qızarı ilə bağlı yazılı açıqlama verilib.

Açıqlamada De Veverin sentyabrın 23-də hesabatını krala təqdim edəcəyi bildirilib.

Sonrakı prosesdə kral ya De Veverin səlahiyyət müddətini uzadacaq, ya da hökuməti formalaşdırmaq vəzifəsini başqa şəxsə həvalə edəcək, yaxud bir daha vasitəçilik proseduruna əl atacaq.

İyunun 9-da keçirilən seçkilərdən sonra De Vever seçkinin qalibi olduğu üçün kral tərəfindən hökumət qurmaq tapşırığı verilib.

Onun partiyası N-VA təkbaşına hökuməti qurmaq üçün səs çoxluğu əldə edə bilmədiyi üçün Brüssel Paytaxt Bölgəsində birinci olan Frankofoniya liberal MR partiyası, fransızdilli icmanın bölgəsi olan Valoniya parlamentində  4-cü olan mərkəzçi partiya “Les Engages”, Flaman bölgəsində 3-cü olan “Flamand Vooruit” partiyası və dördüncü yerdə olan Flamand xristian demokrat CD&V ilə beştərəfli danışıqlar aparıb.

De Veverin federal sosial islahat təklifi ətrafında danışıqlar davam edib, lakin konsensus əldə olunmayıb.

Bütün görüşlərdən əli boş dönən De Vever hökumət qurmaq mandatını 23 avqustda krala qaytarıb. Kral Les Engages lideri Maksim Prevotu 5 tərəf arasında "vasitəçi" təyin etdi.

***

Belçikada federal dairələr arasında fikir ayrılığı demək olar ki, hər seçkidən sonra siyasi böhranlara səbəb olur.

Ölkə 1979-cu il seçkilərindən sonra 107 gün, 1988-ci ildə 148 gün, 2007-ci ildə 194 gün və 2019-cu il seçkilərindən sonra 653 gün hökumətsiz qalmaqla bu baxımdan rekord qırıb.

 





02.09.2024    çap et  çap et