Vaxt.Az

Finlandiya Moskvanı Vaşinqtonla əvəzlədi


 

Rusiyanın tikdiyi AES ABŞ-nin nüvə yanacağı ilə çalışacaq

Finlandiya Moskvanı Vaşinqtonla əvəzlədi Finlandiyadakı Loviisa Atom Elektrik Stansiyası (AES) reaktorlarında Rusiya əvəzinə ABŞ-ın “Westinghouse” şirkətindən verilən yanacaqdan istifadə etməyə başlayıb.

Finlandiyanın ictimai enerji şirkəti Fortum, şirkət tərəfindən tədarük edilən ilk nüvə yanacağının AES-ə yükləndiyini açıqlayıb.

Açıqlamada, yeni yanacağın Loviisa elektrik stansiyasına çatdırılması üçün etibarlı və Qərb alternativinin təmin edildiyi vurğulanıb. Açıqlamada Finlandiya hökumətinin Loviisa elektrik stansiyasına 2050-ci ilin sonuna qədər fəaliyyət lisenziyası verdiyi və “Westinghouse” ilə bağlanmış müqavilə ilə AES yanacaq tədarükünə zəmanət verildiyi qeyd edilib.

Beləliklə, Finlandiyadakı atom elektrik stansiyası “Rosatom”a məxsus nüvə yanacağı şirkəti TVEL əvəzinə “Westinghouse”dan yanacaq tədarük etməyə başladı.

Finlandiyanın Loviisa AES-də 1977 və 1981-ci illərdə istifadəyə verilmiş iki reaktor var. Min meqavat-saatdan artıq elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası VVER-440 təzyiqli su reaktorlarına malikdir. Bu nüvə obyekti ölkənin elektrik enerjisi istehsalının 10 faizini təmin edir.

AB daxilində Rusiya tərəfindən layihələndirilmiş nüvə reaktorları Finlandiya, Bolqarıstan, Çexiya, Macarıstan və Slovakiyada işləyir və onların yanacağı Rusiyadan təmin edilirdi.

 





02.09.2024    çap et  çap et