Səfirliyin açıqladığı xəbərdarlıqda
İraqda adam oğurlanması və zorakı terror aktları da daxil olmaqla,
təhlükəsizliklə bağlı vəziyyətlə əlaqədar narahatlıq bildirilir. Xəbərdarlıqda
ABŞ səfirliyinin Amerika vətəndaşlarının İraqda qarşılaşa biləcəyi
vəziyyətlərdə fəaliyyət imkanlarının məhdud olduğu deyilir.
Səfirlik bu xəbərdarlığı Bağdadın
beynəlxalq hava limanının qısa qülləli toplardan atəşə tutulmasından sonra
verib.
ABŞ səfirliyi bildirib ki, paytaxt
Bağdad da daxil olmaqla, İraqda bütünlüklə təhlükəsizliklə bağlı vəziyyətə görə
Amerika vətəndaşlarına məhdud konsul xidmətləri göstərilə bilir.
Amerika vətəndaşlarının Suriya, Türkiyə və İranla sərhəd bölgələrə səfər etməməsilə bağlı xəbərdarlıq edilərək, bu regionların daha təhlükəli və sərhədlərin bəzi hallarda qeyri-müəyyən olduğu bildirilir.