Vaxt.Az

“Konstitusion öhdəlikdir”


 

Polşadan sərt cavab, Rusiya raketlərini vura bilərik

“Konstitusion öhdəlikdir” NATO ölkəsi Polşa öz milli təhlükəsizliyi üçün Ukrayna üzərində Rusiya raketlərini vurmaq hüququna malik olduğunu iddia edib. Polşa bəyan edib ki, öz milli təhlükəsizliyi üçün Ukrayna üzərində Rusiya raketlərini vurmaq “konstitusion öhdəlikdir”.

Xarici işlər naziri Radoslav Sikorski “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Rusiya raketləri onların hava məkanına daxil olmazdan əvvəl dayandırılmalıdır. NATO-nun etirazına baxmayaraq, hava məkanının qorunmasının hər şeydən daha vacib olduğunu qeyd edən Sikorski, “NATO-ya üzvlük öz hava məkanımızı qorumaq məsuliyyətini ortadan qaldırmır”, – deyib.

Sikorski, Rusiya raketlərinin Polşa hava məkanına daxil olmazdan əvvəl Ukrayna üzərində vurulmasının özünümüdafiə olacağını bildirib.

Ötən həftə Polşa Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi bir vaxtda Ukrayna istiqamətindən onun hava məkanına “naməlum uçan obyekt”in daxil olduğunu bildirmişdi.

 





02.09.2024    çap et  çap et