Vaxt.Az

Maduronun təyyarəsinə həbs


 

ABŞ Venesuela prezidentinin uçağını ələ keçirib

Maduronun təyyarəsinə həbs ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidenti Nikolas Maduronun istifadə etdiyi təyyarəni sanksiyaları pozması səbəbilə Dominikan Respublikasında ələ keçirdiklərini açıqlayıb.

ABŞ Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada Maduronun adətən xarici səfərləri üçün istifadə etdiyi təyyarənin ələ keçirildiyi bildirilib. Nazirlik, təyyarənin ön şirkət vasitəsilə alındığını və Venesuelaya qarşı tətbiq edilən sanksiyaları pozaraq ABŞ-dan çıxarıldığını iddia edib.

Maduronun “prezident təyyarəsi” kimi istifadə etdiyi deyilən təyyarənin Dominikan Respublikasında ələ keçirilməsinin ABŞ və Venesuela arasında seçkilərdən sonra gərginləşən münasibətlərinə yeni mərhələyə keçəcəyi gözlənilir.

Venesuelada iyulun 29-da açıqlanan nəticələrə görə, Maduronun 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəldiyi açıqlanıb. Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər.

ABŞ administrasiyası seçkilərin nəticələrinin şəffaf şəkildə elan edilmədiyini və nəticələrin xalqın iradəsini əks etdirmədiyini iddia edib.

 





02.09.2024    çap et  çap et