Vaxt.Az

200 milyon avro əlavə yardım


 

Şof: “Bu, hamımızın paylaşdığı bir inancdır”

200 milyon avro əlavə yardım Hollandiyanın baş naziri Dik Şof Ukraynanın Zaporojya vilayətinə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və ölkəyə dəstəyin davam edəcəyini bildirib.

Şof “X” platformasından etdiyi paylaşımda, “Ukrayna Hollandiyanın davamlı dəstəyinə arxalana bilər. Biz Ukraynanın mövcudluğunu davam etdirməsi üçün əlimizdən gələni etməliyik”, – deyib.

Müharibənin davam etdiyi cəbhəyə yaxın bir şəhərdə həyatın necə davam etdiyini görməyin inanılmaz olduğunu qeyd edən baş nazir yeraltı məktəbə getdiyini və veteranlarla görüşdüyünü bildirib.

Hollandiyanın Ukrayna üçün 200 milyon avronu aşan yeni bir yardım paketi hazırladığını ifadə edən Şof, “Bu paket əsasən enerji infrastrukturunun qorunması və təmirinə yönəlib. Humanitar yardım üçün əlavə vəsaitlərə ehtiyac var”, – deyib.

Rusiyanın Ukraynaya hücumlarının dayandırılmasının həm Hollandiyanın, həm də bütün Avropanın təhlükəsizlik maraqlarına uyğun olduğunu vurğulayan Şof, “Bu, hamımızın paylaşdığı bir inancdır. Hollandiyanın baş naziri olaraq ölkəyə ilk səfərim bizim bu ölkəyə etdiyimiz inancımı təsdiqlədi. Ukraynaya dəstək davam etdirilməlidir”, – deyib.

 





02.09.2024    çap et  çap et