“Boeing” kapsulunun da stansiyanı boş qoyaraq, sentyabrın 6-da Yerə qayıtması planlaşdırılır.
Şənbə günü (avqustun 31-də) Uilmore NASA-nın Hyuston komandası ilə əlaqə saxlayaraq “Starliner”dən qəribə səslər gəldiyini söyləyib.
“Ars Technica” texnologiya saytı NASA Kosmik Uçuş forum istifadəçisi meteoroloq Rob Deyl tərəfindən paylaşılan səs yazısı haqqında məlumat verib.
“Starliner haqqında bir sualım var” deyən Uilmore qeyddə deyir: “Dinamikdən qəribə səs gəlir... Bilmirəm nə səsləridir”.
Sonra təkrarlanan tıqqıltı eşidilir.
Hyuston komandası Uilmora səsin vibrasiyaya bənzədiyini söyləyib.
“Starliner” dinamikindən gələn səsin nədən qaynaqlandığı hələ aydın deyil, lakin ilk düşünüldüyü kimi ciddi problem olmaya bilər. Kosmos mühitində belə qəribə halların baş verdiyi daha əvvəl də görülüb.
2003-cü ildə Çinin ilk insan kosmosa uçuşu zamanı astronavt Yang Liyui orbitdə olarkən dəmir vedrəni taxta çəkiclə vurulması kimi bir səs eşitdiyini söyləyib. Sonradan məlum olub ki, səs kosmik gəminin daxili və xarici divarları arasındakı təzyiq fərqindən yaranıb.
Hazırda “Starliner”in bir neçə günə BKS-dəki dayanacağını tərk edəcəyi və “SpaceX”in “Dragon” raketinin boş yeri tutacağı planlaşdırılır. Ən tez sentyabrın 24-də havaya buraxılacaq vasitə iki astronavtı stansiyaya aparacaq.
6 aydan sonra fevralda vəzifə dəyişikliyi zamanı Uilmore və Uilliamsın Yerə qayıtması gözlənilir.