Böyük Britaniyanın “Loughborough” Universitetinin tədqiqatçıları Hall kimi insanlar üzərində çox tədqiqat aparılmadığını nəzərə alaraq 200-dən çox adamın iştirak etdiyi araşdırma aparıblar.
“Journal of Applied Physiology” jurnalında bu yaxınlarda dərc edilən araşdırmada Hollun gücü və əzələ kütləsi, həmçinin idmançılar, müntəzəm məşq edən insanlar və ümumiyyətlə məşq etməyənlər araşdırılıb.
Tədqiqatçılar Hollin ayağındakı bir qrup əzələnin digərlərindən gözlənilmədən böyüdüyünü müşahidə ediblər.
“Sartorius”, “gracilis” və “semitendinosus” adlanan üç nazik, uzun əzələlər güc məşqləri etməyən kişilərə nisbətən Hollda yüzdə 140-202 faiz daha böyük idi.
Məqalənin müəlliflərindən biri olan Conatan Folland, diz və omba əzələlərinin bunlara nisbətən çox daha inkişaf etmiş olmasını gözlədiklərini söyləyib.
O əlavə edir ki, bu əzələlərin də xeyli inkişaf etdiyi müşahidə edilsə də, ən böyük inkişafın ayaqdakı nazik əzələ qrupunda olması onları təəccübləndirib.
Folland “Bu əzələlərə çox az elmi diqqət yetirilmişdi, ona görə də onların müxtəlif vəzifələrdə nə qədər vacib olduğunu həqiqətən bilmirik”, – deyib.
Ancaq onilliklər boyu ağır yükləri qaldırıb daşıyan və bunu çox yaxşı bacaran bir insanda bu əzələlərin çox inkişaf etdiyini görmək həqiqətən maraqlı idi. Aydındır ki, bu əzələlər çox ağır yüklərin qaldırılmasında və daşınmasında əvvəllər düşündüyümüzdən daha vacibdir.
Alimlər onu da qeyd ediblər ki, budun ön hissəsində yerləşən “quadriseps femoris” adlanan dörd əzələ iki dəfə böyükdür və bu əzələlərin bağlandığı vətər isə cəmi 30 faiz böyükdür.
Tədqiqatçıların fikrincə, bu, əzələlərin vətərlərdən daha çox dəyişməyə meylli olduğunu göstərir.
“Ümumilikdə, nəticələr əzələ sisteminin nə qədər uyğunlaşa biləcəyini və Eddinin öyrətdiyi və ən çox istifadə etdiyi əzələlərin ən böyük əzələ böyüməsini nümayişini göstərir”, – araşdırmanın digər müəllifi Tom Bolşou deyib.
Tapıntılar haqqında danışan Hall, “Əzələlərin və vətərlərin bədənimə tətbiq etdiyim qüvvələrə necə reaksiya verdiyini öyrənmək çox maraqlı idi”, – deyib.