Vaxt.Az

Çində faciəvi qəza


 

Şagird və valideynlərin üzərinə şığıyan avtobus xeyli sayda ölüm və yaralanmaya səbəb oldu

Çində faciəvi qəza Çinin şərqindəki Şandun bölgəsində avtobusun yol qəzası faciə ilə nəticələnib. Şandun bölgəsində şagird daşıyan nəqliyyat vasitəsi piyada keçidində tələbələri və valideynləri əzib.

Avtobus piyada keçidində idarəetməni itirib və yoldan keçənlərin üzərinə şığıyıb. Televiziya kanalları avtobusun altında qalan uşaqların və onların ailələrinin görüntülərini paylaşıb.

Yol cəsədlərlə dolub. Çoxlu insan avtobusun altında qalıb.

Dəhşətli qəzada 5 uşaq və 6 valideyn həlak olub, 20-dən çoxu yaralanıb. Səlahiyyətlilər bildiriblər ki, qəza şagird avtobusu kimi istifadə edilən nəqliyyat vasitəsinin şagirdləri məktəbə aparmaq üçün götürərkən baş verib.

Çində ölümlə nəticələnən yol qəzaları tez-tez baş verir. İyul ayında Hunan ştatında piyada keçidində avtomobil 8 nəfər öldürmüşdü.

 





03.09.2024    çap et  çap et