Bildirilib ki, Belçikada sentyabrın 1-də termometrlər 31,3 dərəcə selsi göstərərkən ölkə rekordu qırılıb.Kral Meteorologiya İnstitutunun (RMI) rəsmisi David Dehenaunun sosial şəbəkədəki paylaşımına görə, ölkədə payız yeni temperatur rekordu ilə başlayıb.
1906-cı ildə qeydə alınmış 29,2 dərəcə selsi rekordu 2.1 dərəcə fərqi ilə qırılıb.
Beləliklə, ölkədə indiyədək qeydə alınan ən isti 1 sentyabr yaşanıb.
çap et