Vaxt.Az

Gəncliyin sirri


 

Rusiya prezidenti alimlərə qocalmanın təsirini azaltmaq üçün araşdırma aparmağı tapşırıb?

Gəncliyin sirri 71 yaşlı Rusiya prezidenti Vladimir Putinin elm adamlarına qocalmanın təsirlərini azaltmaq üçün üsullar tapmağı tapşırdığı iddiası gündəmə gəlib.

Britaniyanın “Daily Mail” qəzetinin mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, 71 yaşlı Putin bu yolla özünün və administrasiyasındakı yaşlı yaxın adamlarının ömrünü uzatmağı hədəfləyir.

İdman ustalığı ilə tanınan və tez-tez plastik əməliyyat etdirdiyi iddiaları ilə gündəmə gələn Putinin uzun müddətdir yaşlanma əleyhinə üsullarla maraqlandığı bildirilir.

Səhiyyə Nazirliyindən tədqiqat klinikalarına göndərilən yeni məktuba əsasən, hökumət həmçinin qocalmanı ləngidən, koqnitiv problemlərin qarşısını alan və immuniteti gücləndirən ən son texnologiya və inkişaflar haqqında məlumat tələb edib. Rus tədqiqatçıların bu vəziyyətə çox təəccübləndiyi qeyd edilərkən, bir mənbə “Böyük rəis bu işi istədi və səlahiyyətlilər dərhal hərəkətə keçdi”, – deyib.

Bir tədqiqatçı da “Bizdən əlimizdə olan bütün məlumatları və inkişafları təcili olaraq göndərməyimizi istədik”, – deyib.

Mart ayında yenidən prezident seçilən Putin qanuna görə, 2036-cı ilə qədər, yəni 80 yaşına kimi vəzifəsində qala bilər.

Putinə ən yaxın məmurlar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 74, kəşfiyyat rəhbəri Aleksandr Bortnikovun 72, parlamentin sədri Valentina Matviyenkonun 75 yaşı var.

 





03.09.2024    çap et  çap et