Prezident Obama seçkinin Əfqanıstanın
demokratik gələcəyinin təmin edilməsi, eləcə də beynəlxalq dəstəyin davam
etdirilməsi üçün böyük önəm daşıdığını deyib.
ABŞ prezidenti həminin 2001-ci il 11
sentyabr hadisələrindən sonra Əfqanıstanda xidmət göstərmiş Amerika
əsgərlərinin xatirəsinə ehtiramını ifadə edib.
«Birləşmiş Ştatlar suveren, sabit, vahid
və demokratik Əfqanıstana dəstək verməyə davam edəcək və biz əfqan xalqının
seçdiyi yeni hökumətlə qarşılıqlı hörmət və məsuliyyət əsasında
əməkdaşlığımızın davam etdirilməsini gözləyirik» - deyə cənab Obama bəyanatda
bildirib.
Əfqanıstanda ilk demokratik seçki yüksək seçici fəallığının müşahidə edildiyi şəraitdə keçib.