Vaxt.Az

Yüksək istilik fəlakətə çevrilir


 

Bu il təkcə Tokioda 248 nəfər həyatını itirib

Yüksək istilik fəlakətə çevrilir Yaponiyanın paytaxtı Tokioda yüksək temperaturdan ölənlərin sayı fəlakət göstəricilərinə çatıb. Tokio Böyükşəhər Qubernatorluğunun Tibbi Müayinə Bürosu həddindən artıq istilərin səbəb olduğu ölümlərlə bağlı məlumatları yeniləyib.

Müvafiq olaraq, iyun-avqust ayları arasındakı 3 aylıq dövrdə paytaxt metropolunda yüksək temperaturdan ölənlərin sayı 248-ə yüksəldi.

Araşdırmalar zamanı həlak olanların 40-90 yaş arasında olduğu, yaşadıqları evlərdə və iş yerlərində kondisioner olmadığı və ya aktiv istifadə edilmədiyi müəyyən edilib.

“Həyatını itirənlər çox vaxt yaşlı olub və tənha yaşayıblar. Bu da onların ətrafdakı dəyişiklikləri görməsini çətinləşdirib və simptomlar daha da ağırlaşıb”, - büronun açıqlamasında deyilir.

Kondisioner istifadəsini təşviq edən şərhdə, “İstilik vurması səbəbiylə ölümün qarşısı alına bilər. Bu səbəbdən isti günlərdə kondisionerdən istifadə edin”.

Tokio Böyükşəhər Qubernatorluğunun Sosial Rifah və İctimai Sağlamlıq Bürosu iyulun 9-da yüksək hərarət nəticəsində ölənlərlə bağlı verdiyi açıqlamada 6 nəfərin istidən öldüyünü bildirib.

NHK dövlət televiziyasının xəbərinə görə, 2022-ci ildə Tokioda yüksək temperatur səbəbiylə 251 nəfər həlak olmuşdu.

 





03.09.2024    çap et  çap et