Vaxt.Az

Homoseksual status ölkəni qarışdırdı


 

Avstraliya səfirinin paylaşımı diplomatik böhrana səbəb oldu

Homoseksual status ölkəni qarışdırdı Sosial media hesabında homoseksuallığı təşviq edən paylaşım edən Avstraliyanın Tehrandakı səfiri Yan Makkonvil İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, səfir Makkonvil sosial media hesabında “təcizedici” paylaşım etdikdən sonra XİN-ə çağırılıb və sözügedən məzmuna etiraz edildiyi bildirilib.

Avstraliya səfirinə məlumat verilib ki, sözügedən vəzifə İran və İslam mədəniyyətinə və diplomatik nümayəndələrin olduqları ölkələrin qanun və qaydalarına hörmətlə bağlı davranışlarını tənzimləyən Vyana Diplomatik Konvensiyasına ziddir və o, belə halların təkrarlanmasından çəkinməlidir.

Makkonvil isə İran xalqını və dəyərlərini təhqir etmədiyini və yazısında İranın adının çəkilmədiyini, Tehranın məsələ ilə bağlı mövqeyini hökumətinə çatdıracağını bildirib.

Avstraliyanın Tehrandakı səfiri Makkonvil səfirliyin “İnstaqram” hesabında homoseksuallığı təşviq edən paylaşım edib: “Bu gün və hər gün hər kəsin, xüsusən də LGBT+ gənclərinin özləri olmaqdan qürur duya biləcəyi dəstəkləyici bir mühit yaratmağa sadiqik”.

Sözügedən yazı ölkədə bir çox insanın reaksiyasına səbəb olub.

 





03.09.2024    çap et  çap et