Fransa Dəniz Administrasiyası 50-dən çox qeyri-qanuni immiqrantı daşıyan qayığın Manş Boulon-sur-Mer sahillərində batdığını açıqlayıb.
Bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin şəxsi sosial media səhifəsində məlumat verib.
Darmanin həmçinin çoxlu sayda yaralı olduğunu açıqlayıb və Manş boğazı sahilindəki Pas-de-Kale əyalətində xilasetmə qrupları və hadisə yeri səlahiyyətliləri ilə görüşəcəyini və bütün dövlət resurslarının qurbanlar üçün səfərbər edildiyini vurğulayıb.
Batan qayıqdakı qeyri-qanuni mühacirləri xilas etmək üçün bölgəyə xilasedici və sahil mühafizə qrupları sövq edilib.
***
Hadisə bu il La-Manş kanalında qeydə alınan “ən ölümcül nizamsız miqrant qəzası” kimi qeydə alınıb. İlin əvvəlindən bəri 25 qeyri-qanuni miqrant La-Manş boğazını keçmək istəyərkən həlak olub.
Keçən il təxminən 30 min immiqrant Manş boğazını keçərək Fransadan İngiltərəyə çatıb. Britaniya və Fransa qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirmək barədə razılığa gəliblər.