Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın Poltava bölgəsinə raket hücumu həyata keçirdiyini açıqlayıb. Hücumda iki ballistik raketdən istifadə edildiyini iddia edən Zelenski hücum nəticəsində bir institutun qismən dağıldığını, yanındakı xəstəxananın da zərər gördüyünü bildirib. Zelenski bildirib ki, mövcud məlumata görə, hücum nəticəsində 41 nəfər ölüb, 180 nəfər yaralanıb. Dağıntılar altında insanların olduğunu deyən Zelenski hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu qeyd edən Zelenski, “Bizi rus terrorundan qoruya biləcək uzaq mənzilli hücumlara sonra deyil, indi ehtiyacımız var”, – deyib.
çap et