Vaxt.Az

Almaniyada seçkilər saxtalaşdırılıb


 

İfrat sağçı partiyanın xeyrinə

Almaniyada seçkilər saxtalaşdırılıb Almaniyanın Saksoniya əyalətində sentyabrın 1-də keçirilən ştat parlamenti seçkilərində bülletenlərin saxtalaşdırıldığı bildirilib.

Drezden Polis İdarəsindən verilən açıqlamada bildirilib ki, Saksoniya Ştat Assambleyasına seçkilər üçün poçt vasitəsilə verilən səslərin hesablanması zamanı Drezden şəhərindəki iki seçki dairəsində saxtalaşdırılmış bülletenlər aşkar edilib.

Bildirilib ki, naməlum şəxslər seçicilərin seçki bülleteninə qoyduğu xaç işarələrini “manipulyasiya edib” və bunun əvəzinə ifrat sağçı Azad Saksoniya (Frie Sachsen) Partiyasını qeyd ediblər.

100-ə yaxın səsin bu şəkildə dəyişdirildiyi və məsələ ilə bağlı araşdırma aparıldığı qeyd edilib.

İfrat sağçı Azad Saksoniya Partiyası 36012 saylı seçki dairəsində səslərin 10,2 faizini toplayıb və burada seçki bülletenlərinin “saxlanıldığı” bildirilib. Partiya əyalətdə səsi 2,2 faizə çatıb.

Azad Saksoniya Partiyasını ölkənin daxili kəşfiyyat təşkilatı olan Almaniya Konstitusiyanı Qoruma Bürosu ifrat sağçı bir quruluş olduğu səbəbilə təqib edir.

 





03.09.2024    çap et  çap et