Çak Heygel yaponiyalı həmkarı İtsunori
Onodera ilə görüşdən sonra Tokioda keçirilən birgə mətbuat konfransında
bildirib ki, AEGİS hərbi gəmilərinin Yaponiyaya 2017-ci ilə qədər göndərilməsi
nəzərdə tutulur. Bununla ABŞ-ın raket əleyhinə müdafiə qüvvələri
gücləndirilərək, yeddi hərbi gəmiyə çatdırılacaq.
ABŞ müdafiə naziri bu açıqlamanı Şimali
Koreyanın raket və nüvə sınaqlarını davam etdirməklə hədələyərək, qonşuları ilə
gərginliyi daha artırmasından sonra verib.
Çinə səfəri ərəfəsində Çak Heygel eyni
zamanda, Pekini regional münasibətlər və ərazi mübahisələri zamanı öz
nüfuzundan məsuliyyətlə istifadə etməyə çağırıb.
Pentaqon rəhbəri Birləşmiş Ştatların müttəfiqlərini regionda müdafiə sahəsində razılaşmalara sadiq qaldığını çatdırmaq üçün Asiya-Sakit okean hövzəsi ölkələrinə 10 günlük səfər edir.