Vaxt.Az

Qətliamın rəhbərlərindən daha biri məhv edildi


 

İsrail HƏMAS-ın elit bölüyünün komandirini sıradan çıxardığını elan edib

Qətliamın rəhbərlərindən daha biri məhv edildi İsrail ordusu bu gün ordu və Baş Təhlükəsizlik Xidmətinin oktyabrın 7-də Netiv Haasara şəhərinə hücuma rəhbərlik edən “HƏMAS” terror təşkilatının elit bölüyünün komandirini məhv etdiyini açıqlayıb.

İsrail ordusunun sözçüsü Aviçay Adrai, “X” platformasındakı paylaşımında, “Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidmətinin (Şin Bet) birgə əməliyyatında Qəzza Diviziyası və Təhlükəsizlik Xidmətinin tabeliyindəki Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Əl-Əhliyə xəstəxanası civarında fəaliyyət göstərən “HƏMAS” terror təşkilatının istifadə etdiyi binaya hücum edib.

Sözçü bildirib ki, basqın zamanı Əl-Dərəc və Əl-Tuffah batalyonlarından səkkiz “HƏMAS” terrorçusu, o cümlədən 7 oktyabr qətliamına rəhbərlik edən batalyonun elit bölüyünün komandiri və HƏMAS paraşüt planer sisteminin üzvü Əhməd Fəvzi Nasser Muhəmməd Vadiya da öldürülüb.

Adrai açıqlamasında, “Basqın zamanı mühəndislik, snayper və zirehli raketlər kimi hərbi ekspertiza sahələrində çalışan və 7 oktyabr qətliamında Kətibə bölgəsindəki hasarları partlatmaq üçün istifadə olunan partlayıcı maddələrin tədarükünə cavabdeh olan bir terrorçu aradan qaldırıldı”, ­– deyib.

Qeyd edək ki, “HƏMAS” terror təşlkilatının oktyabrın 7-də İsrailə qarşı həyata keçirdiyi qatliamda 251 nəfər qaçırılıb və onlardan 97-si hələ də Qəzzada saxlanılır. Rəsmi məlumatlara görə, İsrail tərəfinə edilən hücumda əksəriyyəti mülki şəxslər olmaqla 1205 nəfər həlak olub.

 





03.09.2024    çap et  çap et