Masisi seçki qutusunda yüksək iştirak nisbətinin olması üçün 30-31 oktyabr tarixlərinin bayram olacağını bildirib.
Prezidentliyə namizədlik üçün son müraciət tarixinin 28 sentyabr olduğunu qeyd edən Masisi parlament və yerli şura üzvlüyü üçün son müraciət tarixinin oktyabrın 4-ü olduğunu bildirib.
Masisi seçki prosesi başladığı üçün sentyabrın 5-də Milli Assambleyanın buraxılacağını açıqlayıb.
Almazla zəngin Botsvanada ümumi seçkilər hər 5 ildən bir keçirilir. Botsvananın 65 yerlik Milli Assambleyasında çoxluğa sahib olan partiyanın namizədi prezident seçilir.
Botsvana Demokratik Partiyası (BDP) ölkənin Britaniyadan müstəqillik qazandığı 1966-cı ildən bəri yeganə hakim partiyadır.
BDP 2019-cu ildə keçirilən əvvəlki ümumi seçkilərdə səslərin yüzdə 52-dən çoxunu toplayıb.
Partiyadan verilən açıqlamada prezidentliyə namizədin yenidən Masisi olacağı açıqlanıb.
Qarşıdan gələn ümumi seçkilərdə 63 yaşlı Masinin ən mühüm rəqibləri arasında əvvəlki seçkilərdə təxminən 36 faiz səs toplayan Demokratik Dəyişikliklər üçün Çətir Partiyasının (UDC) namizədi 52 yaşlı Duma Boko və Botsvana Konqres Partiyasının namizədi 54 yaşlı Dumelanq Saleşando seçilir.