Vaxt.Az

Nyu-York qubernatorluğunda Çin casusu


 

Keti Hoçulun keçmiş müşaviri Pekin xeyrinə işləməkdə ittiham olunur

Nyu-York qubernatorluğunda Çin casusu ABŞ Ədliyyə Nazirliyi Nyu-York qubernatoru Keti Hoçulun keçmiş müşaviri Linda Sunun Çin hökuməti xeyrinə casusluqda ittiham olunduğunu açıqlayıb. Nazirlikdən verilən yazılı açıqlamada Sunun Çin hökuməti üçün çalışdığı bildirilib.

İttihamnamədə Sun Çin Xalq Respublikasının və Çin Kommunist Partiyasının məxfi agenti kimi fəaliyyət göstərməkdə, onların tələbi ilə siyasi fəaliyyətlə məşğul olmaqda, məsələn, “Tayvan hökuməti nümayəndələrinin Nyu-York əyalətinin yüksək vəzifəli şəxsləri ilə görüşməsinə icazə verməməkdə” və Çin hökumətinin gündəmini gizli şəkildə təbliğ etməkdə günahlandırlır”.

Sun həmçinin qubernatorluqda işlədiyi müddətdə adı açıqlanmayan yüksək səviyyəli siyasətçinin Nyu-Yorkdan Çinə səyahətini asanlaşdırmağa və Çindən gələn rəsmi nümayəndə heyətləri üçün Nyu-York hökumət rəsmiləri ilə görüşlər təşkil etməyə çalışdığı iddia edilir.

Açıqlamada Sunun əri Chris Hu-nun da mütəşəkkil cinayət, çirkli pulların yuyulması, bank fırıldaqçılığı və şəxsiyyət məlumatlarından sui-istifadə ittihamları ilə mühakimə olunacağı bildirilib.

Sun və əri Kris Hu bu gün səhər (sentyabrın 3-də) FTB tərəfindən Lonq Aylenddəki evlərində həbs olunub.

Hoçulun mətbuat katibi Avı Small, ittihamlarla bağlı CNN-ə verdiyi açıqlamada, “Bu şəxs on ildən çox əvvəl işə götürülüb. Biz qeyri-münasib davranış dəlilləri tapdıqdan sonra 2023-cü ilin mart ayında işini dayandırdıq. Hərəkətləri barədə dərhal hüquq-mühafizə orqanlarına bildirdik. Bu müddət ərzində səlahiyyətlilərə köməyimizi əsirgəmədik”, – deyib.

 





03.09.2024    çap et  çap et