Vaxt.Az

Kuleba da gedir?


 

Ukraynanın xarici işlər naziri istefa məktubunu parlamentə təqdim edib

Kuleba da gedir? Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk xarici işlər naziri Dmitri Kulebanın istefa məktubunu parlamentə təqdim etdiyini açıqlayıb. Stefançuk, sosial media hesabından verdiyi açıqlamada, nazir Kulebadan istefa məktubu aldıqlarını və istefanın növbəti iclaslarından birində qiymətləndiriləcəyini bildirib.

Gecə yaydığı başqa bir yazıda Stefançuk bildirib ki, Ukrayna baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk və baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olha Stefanişina da parlamentə istefa ərizələrini təqdim ediblər.

Dünən Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuşka, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Ukraynanın Dövlət Əmlak Fondunun prezidenti Vitali Koval istefa ərizəsi ilə parlamentə müraciət ediblər.

 





04.09.2024    çap et  çap et