Vaxt.Az

ABŞ-dan “HƏMAS”ın cinayətinə hüquq qiymət


 

7 oktyabr qətliamına görə 6 terrorçuya qarşı ittihamnamə qaldırılıb

ABŞ-dan “HƏMAS”ın cinayətinə hüquq qiymət ABŞ Ədliyyə Nazirliyi 7 oktyabr 2023-cü il qətliamı ilə əlaqəli “HƏMAS” terror təşkilatının 6 liderinə qarşı 7 müxtəlif ittihamla akt hazırladığını açıqlayıb. ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, ABŞ-ın həmin tarixdən sonra hazırladığı ilk iddianamədə hücumlara görə “HƏMAS” liderləri məsuliyyət daşıyıb.

İttihamnamədə “HƏMAS” Siyasi Bürosunun keçmiş rəhbəri olmuş və İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində həyatını itirən İsmayıl Həniyə, “HƏMAS” Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvar, terror təşkilatının xarici əlaqələrdən cavabdeh olan Xalid Məşəl və “Qəssam” Briqadalarının komandiri Məhəmməd əl-Məsri (Məhəmməd Deif), Mervan İsa və Əli Barakə “terrorçuluq” da daxil olmaqla 7 müxtəlif ittihamla ittiham olunub.

İddianamədə 7 oktyabr qətliamının necə baş verdiyi ilə bağlı təfərrüatlı iddialar yer aldığı halda, sözügedən adların iddia edilən cinayətlərlə necə əlaqəsi olduğuna dair ifadələr də yer alıb.

Məsələ ilə bağlı ABŞ mediasına məlumat verən mənbə, adı açıqlanmayan Ədliyyə Nazirliyinin rəsmisi, iddianamənin mahiyyətcə 1 fevral 2024-cü ildə hazır olduğunu, lakin müttəhimlərdən birinin tutulması ərəfəsində bu günə qədər möhürlü qaldığını bildirib.

Rəsmi, İsmayıl Haniyyənin öldürülməsi və bölgədə baş verən digər hadisələr nəticəsində iddianamənin möhürlü qalmasına ehtiyac olmadığını hesab olunub.

“HƏMAS” lideri Haniyə iyulun 31-də Tehranda öldürülb,  İran və HƏMAS Haniyənin öldürülməsinin arxasında İsrailin olduğunu bəyan ediblər.

İsrail ordusu HƏMAS liderlərindən Mervan İsanın mart ayında, Məhəmməd Deif isə iyulda təşkil edilən hücumda öldürüldüyünü iddia etsə də, HƏMAS bu iddiaları təsdiqləməyib.

 





04.09.2024    çap et  çap et