Açıqlamada, avqust ayında avtomobil satışlarının keçən ilin eyni dövrünə görə yüzdə 34 artaraq 155 min 277 ədədə çatdığı və bunun son 10 ilin ən yüksək səviyyəsi olduğu bildirilib.
AEB-yə bağlı Avtomobil İstehsalçıları Komitəsinin sədri Aleksey Kalitsev məsələni dəyərləndirərkən, “Bu artımın arxasında bəzi səbəblər var. Xüsusilə 2022-ci ilin fevral ayından sonra bazarda təklif kəsiri olsa da, bu, əhəmiyyətli bir artım yaratdı. Bu kəsir yeni modellərlə bağlıdır”, – deyib.
Qüvvəyə minəcək yeni vergilərlə əlaqədar vətəndaşların da avtomobil alışlarını sürətləndirdiyinə diqqət çəkən Kalitsev, “Faizlə bağlı qərarları unutmaq olmaz. Beləliklə, bayramlar səbəbiylə adətən sakit keçən avqust ayı 10 illik rekordu qırdı”, – deyib.
Kalitsev cari tendensiyanın sentyabrda da davam edəcəyini proqnozlaşdırıb.
2022-ci ilin fevral ayına qədər Rusiyada bazar lideri olan Qərb avtomobil şirkətləri Ukraynada müharibənin başlaması ilə ölkədən çəkildiklərini açıqladılar.
Rusiyada dayanan avtomobil satışları 2023-cü ildə, xüsusən də Çin şirkətlərinin ölkəyə ixracatını artırması ilə bərpa prosesinə girdi.