İyulun 29-da açıqlanan seçkilərin nəticələrinə görə, Nikolas Maduronun 51,20 faiz səslə üçüncü dəfə prezident seçildiyi bildirilib.
Lakin müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkinin nəticələrini tanımadıqlarını açıqlayıblar. ABŞ administrasiyası da seçkilərin şəffaf keçirilmədiyini və nəticələrin xalqın iradəsini əks etdirmədiyini iddia edib.
Bu müzakirələr davam edərkən, Maduro Milad şənliklərinin oktyabrda başlayacağını açıqlayıb. Maduro “Sentyabrdayıq və Milad bayramını artıq hiss edirik. Ona görə də Milad bayramını bu il oktyabrın 1-nə keçirmək qərarına gəldim, – deyib.
Venesuela liderinin bu addımı ölkədə müxalifətin etirazlarını dağıtmaq üçün atılan addım kimi qiymətləndirilib.