Vaxt.Az

Dünyada LNG-yə tələbat artır


 

Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq

Dünyada LNG-yə tələbat artır Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokin dünyanın enerji istehlakında mayeləşdirilmiş təbii qaza (LNG) üz tutduğunu bildirərək, ““Qazprom” həm cənub, həm də şərq istiqamətlərində daşımaların diversifikasiyasında uğurla irəliləyir və bu siyasət davam edəcək”, – deyib.

Sorokin bu fikri Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumundakı çıxışında səsləndirib.

Təbii qaz sektorunun Rusiya iqtisadiyyatı üçün investisiyalarda mühüm yer tutduğunu bildirən nazir müvini, “Söhbət boru kəmərləri, sıxılmış qaz (LNG) və təbii qaz yataqlarının inkişafını nəzərdə tutan investisiyalardan gedir. 1,7-2 trilyon rubl (təxminən 20-22 milyard) dollar) hər beş illik dövr ərzində  investisiyaya qoyulacaq”, – deyib.

Pavel Sorokin Sanksiyaların “görünməz” olmadığını, lakin Rusiyanın LNG sektoruna təsir göstərməsinə imkan verməyəcəyini bildirib.

Qlobal LNG tələbatının artmağa davam edəcəyi ilə bağlı proqnozunu bölüşən Sorokin, “Dünya hazırda aktiv şəkildə LNG-yə üz tutur və tələbat yaxın 6-7 ildə indiki təxminən 400 milyon tondan 580-600 milyona yüksələcək. Biz 20 il ərzində iki dəfəyə yaxın artaraq 700 milyon tona çatacaq”, – deyib.

Rusiyanın əsas enerji bazarlarından olan Avropaya ixracı sanksiyalara görə əhəmiyyətli dərəcədə azaldığı halda, ölkə bu itkini Asiya bazarlarına, xüsusilə də Çinə ixracını artırmaqla kompensasiya etmək istəyir.

 





04.09.2024    çap et  çap et