Vaxt.Az

SSRİ bərpa edilir


 

Rusiya Ali Məhkəməsi bununla bağlı referendum məsələsinə baxacaq

SSRİ bərpa edilir Rusiya Ali Məhkəməsi ölkə vətəndaşının SSRİ-nin buraxılmasının qanunsuz sayılması ilə bağlı iddia ərizəsi ilə bağlı şikayətinə baxacaq. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, iddiaçı Dmitri Tretyakov bu ilin yanvarında Ali Məhkəməyə referendumla bağlı müraciət edib. Lakin məhkəmə təqdim edilən sənədləri nəzərdən keçirdikdən sonra onun iddiasına baxmayıb.

Məlumata görə, öz ərizəsində Tretyakov cavabdehdən – Rusiya hökumətindən tələb edir ki, İttifaq dövlətinin bərpası ilə bağlı yeni referendum keçirsin və keçmiş sovet respublikalarının səlahiyyətli orqanlarına müraciət edərək, onlardan da eyni addımı atmağı tələb eləsin.

 





06.04.2014    çap et  çap et