Kənd təsərrüfatının sağlamlıq, iqtisadiyyat və özünü təmin etmək baxımından strateji əhəmiyyət daşıdığını izah edən von der Leyen, “Biz bilirik ki, fermerlərimiz sərt qlobal rəqabət və ya iqlim dəyişikliyinin dağıdıcı təsiri kimi bir çox problemlə üzləşirlər”, – dedi.
Von der Leyen xatırladıb ki, Avropa ən sürətlə istiləşən qitədir və son vaxtlar güclü istilik dalğaları, quraqlıq, daşqınlar və güclü yağış kimi ekstremal hava hadisələri ilə üzləşib.
Fermerlərin bu böhranlardan ilk təsirlənənlər arasında olduğuna diqqət çəkən von der Leyen, bu mövzuda sürətli addımlar və tədbirlər görəcəklərini bildirdi: “Biz fermerlərimizi qorumaq və aqro-ərzaq sistemini daha davamlı, rəqabətli etmək üçün çox işlər görəcəyik”.
AB kənd təsərrüfatının gələcəyi ilə bağlı hazırlanan hesabatdakı tövsiyələri diqqətlə qiymətləndirəcəklərinə işarə edən von der Leyen, kənd təsərrüfatı ilə bağlı yeni yol xəritəsinin noyabrda başlaması planlaşdırılan yeni komissiya dövrünün ilk 100 günündə açıqlanacağını söylədi.
Von der Leyen, “İlk növbədə, fermerlərimizə ədalətli və kifayət qədər gəlirlə təmin etməliyik”, – deyib.
AB-nin hazırda 2027-ci ilə qədər 300 milyard avro büdcəsi olan Ümumi Kənd Təsərrüfatı Siyasəti olduğunu xatırladan von der Leyen, “Biz qida dəyər zəncirinə yaxından baxmalıyıq. Çünki tez-tez fermerlərin bu dəyər zəncirinin ən zəif halqası olduğunu görürük. Bəzi fermerlərin məhsulları sistematik olaraq istehsal xərclərindən aşağı istehlak edilir. Biz daha ədalətli bir sistem qurmalıyıq”, – deyib.
Von der Leyen, ciddi təşviq sistemi ilə təbiətlə uyğunlaşan kənd təsərrüfatı sistemi quracaqlarını, kiçik istehsalçıların bürokratik prosedurlarını azaldacaqlarını bildirib.
Avropa Birliyi Komissiyasının sədri fon der Leyenə təqdim edilən “Avropada kənd təsərrüfatı və ərzaq üçün ortaq gələcək” adlı hesabatda sektorun vəziyyəti, bu sahədəki imkanlar və kənd təsərrüfatının gələcəyi ilə bağlı müxtəlif təkliflər yer alıb.
Daha rəqabətədavamlı qida sisteminə keçid üçün Ümumi Kənd Təsərrüfatı Siyasətində dəyişikliklər edilməsini tövsiyə edən hesabatda, AB-dən fermerlərə kənd təsərrüfatı torpaqlarının ölçüsünə görə verilən dəstək əvəzinə, kənd təsərrüfatı məhsullarının gəlirlərinə görə dəstək verməsi istənilib.
Hesabatda heyvandarlıq da daxil olmaqla davamlı əkinçilik təcrübələrinin dəstəklənməli və təşviq edilməli olduğu vurğulandı.
Hesabatda ekoloji, iqlim, geosiyasi və iqtisadi risklərin artması fonunda böhran idarəçiliyinin gücləndirilməsi, mövcud kənd təsərrüfatı torpaqlarının daha yaxşı mühafizəsi, innovativ bitkiçilik yanaşmalarının inkişaf etdirilməsi, sektorun və kənd yerlərinin daha cəlbedici edilməsi tövsiyələr kimi qeyd edilib.
Avropada fermerlər artan istehsal xərcləri qarşısında kənd təsərrüfatı məhsullarının qiymətlərinin artırılması tələbi ilə bu ilin əvvəlindən intensiv etiraz aksiyaları təşkil ediblər.
Aİ fermerləri Birliyin kənd təsərrüfatı siyasətləri, ətraf mühit, iqlim və təbiətin bərpası hədəfləri, subsidiyaların azaldılması, yüksək enerji, yanacaq və gübrə xərcləri, Ukrayna və Rusiya kimi ölkələrdən ucuz taxıl məhsulları kimi məsələlərdən narahatdırlar.