İddialara görə, Şimali Koreya lideri Kimin göstərişi ilə keçən ay daşqınlar zamanı vəzifələrini yerinə yetirməməkdə günahlandırılan 20-30 məmur edam edilib.
“Yonhap”ın xəbərinə görə, Cənubi Koreya Milli Kəşfiyyat Xidmətindən mövzu ilə bağlı açıqlama verilib. Bəyanatda iddialardan sonra vəziyyətin "yaxından izlənildiyi" bildirilib.
***
Şimali Koreyanın şimal-qərbində yerləşən Sinuiju şəhərində iyul ayında Şimali Koreya-Çin sərhədindəki Yalu çayının leysan yağışlar səbəbilə daşması nəticəsində bölgədə qapalı qalan 5 mindən çox insan təxliyə edilib.
Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyada leysan yağışlar və daşqınlar nəticəsində ölən və ya itkin düşənlərin sayının 1000-i keçdiyini təxmin etdiklərini bildirib.
Kim Çen In isə Cənubi Koreya mediasını ölkəsindəki daşqınların vurduğu ziyanın miqyası ilə bağlı uydurma xəbərlər hazırlamaqda ittiham edərək qınayıb.