İstefa qərarını yüngül qəbul etmədiyini bildirən Billström, yazısında bunları qeyd edib: “Son 25 ildə 10-u nazir olmaqla müxtəlif vəzifələrdə çalışmışam. Onu da deyim ki, son iki ildə nazirliyim ərzində əldə etdiyimiz nailiyyətlərə görə çox sevinirəm və fəxr edirəm. İlk növbədə, , uzun və bəzən çətin bir prosesdən sonra İsveç nəhayət NATO-ya daxil oldu. Bir hökumət olaraq Rusiyanın genişlənməsinə qarşı durmaq üçün uzunmüddətli siyasət irəli sürdük. Yaxın Şərqdə də vəziyyət ciddidir və İsveç ilə birlikdə AB, ABŞ və digər ölkələr vəziyyəti sabitləşdirmək üçün mübarizə aparır. Uzunmüddətli perspektivdə yeganə ağlabatan həll yolu iki dövlətli həldir”.
50 yaşlı Billström 2022-ci ilin oktyabrından xarici işlər naziri idi.