Vaxt.Az

“Hökumətin 31 milyardı yoxdur?”


 

2023-cü ildə 18 milyon ABŞ ailəsi aclıqla üzləşib

“Hökumətin 31 milyardı yoxdur?” ABŞ Kənd Təsərrüfatı Departamentinin dünən (sentyabrın 4-də) açıqladığı hesabatda deyilir ki, aclıq səviyyəsi keçən il təxminən onillikdə ən yüksək həddə çatıb və əhalinin 13,5 faizinə bərabər olan 18 milyon ev təsərrüfatları müəyyən məqamlarda adekvat ərzaq almaqda çətinlik çəkiblər.

Birləşmiş Ştatlarda illərlə azalan aclıq dərəcələri sonra 2021-ci ildən artmaqdadır. Keçən il ABŞ Siyahıyaalma Bürosunun məlumatları, COVİD-19 pandemiyası zamanı ərzaq yardımını genişləndirən proqramların sona çatmasından sonra ərzaq təhlükəsizliyinin artdığını göstərdi. Hesabatda artımla bağlı heç bir izahat verilməyib.

May ayında “Feding America” adlı aclıq əleyhinə qrup belə nəticəyə gəlib ki, ərzaq qiymətlərinin artması səbəbindən ac insanların qida ehtiyaclarını ödəmək üçün ABŞ-ın 33,1 milyard dollar vəsaiti yoxdur. Kənd Təsərrüfatı Naziri Tom Vilsack isə açıqlamasında “Amerikada kimsənin ac qalması qəbuledilməzdir”, – deyib.

Aclıq əleyhinə qruplar deyirlər ki, federal ərzaq yardımı və uşaq vergisi krediti proqramlarının genişləndirilməsi problemi həll etməyə kömək edəcək. Hesabatda deyilir ki, 2022-ci ildəki göstəricilərlə müqayisədə 2023-cü ildə daha bir milyon ailə ərzaq çatışmazlığı ilə üzləşib.

 





05.09.2024    çap et  çap et