Vaxt.Az

“BMW”-“Toyota” işbirliyi


 

İlk hidrogen avtomobili 2028-ci ildə buraxıla bilər

“BMW”-“Toyota” işbirliyi Alman avtomobil istehsalçısı “BMW Group”, Yaponiyanın “Toyota Motor” şirkəti ilə birlikdə 2028-ci ildə hidrogenlə işləyən ilk avtomobilinin kütləvi istehsalına başlamağı hədəflədiyini açıqladı.

“BMW Group”un verdiyi açıqlamada, iki markanın yeni nəsil hidrogen yanacaq hüceyrəsi texnologiyasını (FCEV) birgə inkişaf etdirməyə razılaşdıqları bildirilib.

Açıqlamada, satınalma və inkişaf sahəsində əməkdaşlığın böyük həcmdə istehsala imkan yaradacağı və xərclərin azaldacağı bildirilsə də, “BMW”-nin hansı modelinin hidrogen avtomobili kimi təklif ediləcəyi barədə məlumat verilməyib.

Digər tərəfdən, hidrogenlə işləyən avtomobillər tez yanacaq doldura bilir və tam elektriklə işləyən avtomobillərdən daha uzun məsafəyə malikdir. Lakin yüksək xərclər və məhdud yanacaqdoldurma məntəqələri şəbəkəsi səbəbindən çox az avtomobil istehsalçısı bu texnologiyaya sərmayə qoyur.

Bərpa olunan enerjilər daha geniş yayıldıqca yaşıl hidrogenin mövcudluğunun artacağı və qiymətlərin aşağı düşəcəyi gözlənilir.

Bu gün dünyada 1000 hidrogen yanacaqdoldurma məntəqəsi var. Avropada 2030-cu ilə qədər hidrogen üçün 400-ə yaxın yeni yanacaqdoldurma məntəqəsinin tikilməsi planlaşdırılır.

“BMW”, hidrogen doldurma infrastrukturunun 2028-ci ilə qədər əhəmiyyətli dərəcədə yaxşılaşacağını hesablayır. “BMW AG”-nin Direktorlar Şurasının sədri Oliver Zipse məsələni dəyərləndirərkən “Toyota” ilə hidrogen texnologiyası üzrə layihəni “avtomobil tarixində dönüş nöqtəsi” kimi xarakterizə edib.

“Hidrogenlə işləyən və əməkdaşlığımızın ruhu ilə idarə olunan bu avtomobil texnoloji tərəqqinin gələcəyin hərəkətliliyini necə formalaşdırdığının xəbərçisi olacaq”, – Zipse bildirib.

 





05.09.2024    çap et  çap et