İtaliyanın Sahil Mühafizəsi Lampeduza adasından təxminən 20 kilometr cənub-qərbdə 7 nəfəri xilas edib.
Bildirilib ki, hamısı suriyalı kişi, qadın və uşaq olan immiqrantlar bazar günü Liviyadan qayıqla dənizi keçmək istəyiblər.
Həddindən artıq yüklənən qayıq yola çıxdıqdan bir neçə saat sonra çevrilib. Sağ qalanlar qayıqda 28 nəfərin olduğunu və hər birinin keçid üçün 500-1000 avro ödədiyini bildirib.
Heç birinin əynində xilasedici jilet olmayan yeddi nəfər 3 gün sonra çevrilmiş qayıqdan tutmuş halda tapıldı.