Ruanda hökuməti Fransanın 20 il bundan əvvəl Hutu militantları tərəfindən təxminən 800 min tutsi və hutusun qətlə yetirildiyi soyqırımda Fransanın “birbaşa rol” oynadığı fikrini bir daha təkrarlayıb.
Bazar günü Kiqalidə hadisələrin 20
illiyi ilə əlaqədar keçirilən beynəlxalq konfransda Ruandanın Xarici İşlər
naziri Luiz Muşikivabo Fransanın soyqırımda rolu olduğunu deyib.
Xarici işlər nazirinin açıqlamaları
Fransa və Belçikanın soyqırıma siyasi hazırlıq görülməsində “birbaşa rol”
olduğunu deyən Ruanda prezidenti Pol Kaqamenin sözlərilə üst-üstə düşür. Ruanda
prezidentinin açıqlamaları Fransanın bu həftə keçiriləcək tədbirlərdə
iştirakdan imtina etməsi ilə nəticələnib.
Fransa soyqırıma görə hər hansı şəkildə
məsuliyyət daşıdığını inkar edərək, bu ittihamların iki ölkə arasında
münasibətlərə mənfi təsir göstərdiyini bildirib.
çap et