“Associated Press”in məlumatına görə, Almaniya polisi “X” sosial şəbəkəsində verdiyi açıqlamada güllələnən şəxsin yaralandığını bildirsə də, təfərrüatları açıqlamayıb.
Açıqlamada hadisə ilə bağlı başqa şübhəlilərin olduğuna dair heç bir işarənin olmadığı bildirilib.
Həmin şəxsin hansı səbəbdən şübhəli sayılması ilə bağlı məlumat verilməyib.
Münhendəki İsrail konsulluğu yaxınlığında silahlı şəxsin atəş açdığı bildirilir. İsrail Yayım Korporasiyasının məlumatına görə, hücum nəticəsində ölən və yaralanan olmayıb, hücum edən şəxs zərərsizləşdirilib.
Sosial şəbəkələrdə yayılan videoda atışma əks olunub. Bu hadisə 1972-ci il Münhen Olimpiadasında hücumun ildönümündə baş verib.