Vaxt.Az

“Bütün səyləri baltalayır”


 

Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb

“Bütün səyləri baltalayır” Amerika Birləşmiş Ştatlar Qırmızı dənizdəki ABŞ qüvvələri və ticarət gəmiləri üçün təhlükə yaradan Husilərin raket sisteminin məhv edildiyini açıqlayıb.

Mərkəzi Komandanlıqdan (U.S. Central Command – CENTCOM) verilən açıqlamada, son 24 saat ərzində Yəmənin İran tərəfdən dəstəklənən husilərin nəzarətində olan bölgədə raket sistemini məhv etməyin mümkün olduğu ifadə edilərək, “Bu sistemlər bölgədəki ABŞ və koalisiya qüvvələri və ticarət gəmiləri üçün qaçılmaz bir təhlükədir”, – deyilib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Abduh Məcli ABŞ-ın hərəkətlərini “qətiyyətsizlik” adlandırıb. Məcli, “Husilərin Qırmızı dənizdə gəmiçilik və ticarət gəmilərinə qarşı hücumları təkcə regional və beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratmır, həm də Yəmən xalqının əzablarını daha da artırır və bütün səyləri baltalayır. Yaraqlıların səbəb olduğu müharibəni bitirmək üçün görülən işləri heç etdi”, – deyibi.

Məcli vurğulayıb ki, husilərin beynəlxalq naviqasiyanı hədəfə almağa davam etməsi “İranın Qırmızı dənizdə öz planlarını həyata keçirdiyini, bölgədə genişlənməyə nail olduğunu və Səudiyyə Ərəbistanı və Omanın Yəməndə sülhə nail olmaq səylərinə mane olduğunu göstərir”.

 





05.09.2024    çap et  çap et