Açıqlamada 40 milyon avronun ukraynalıların ehtiyacları üçün ayrıldığı, bunun 35 milyon avrosunun Ukraynadakı humanitar yardım layihələrinə, 5 milyon avrosunun isə Moldovada ukraynalıların dəstəklənməsinə sərf ediləcəyi qeyd edilib.
Açıqlamada fondun Ukraynanın soyuq qış aylarına hazırlaşmasına kömək edəcəyi, hücum nəticəsində zədələnmiş binaların təmir ediləcəyi, elektrik, istilik və sığınacaq kimi əsas ehtiyacların qarşılanacağı bildirilib.
Açıqlamada xatırladılıb ki, AB Komissiyası 2022-ci ilin fevralından bəri müharibədən zərər çəkmiş Ukrayna vətəndaşları üçün müxtəlif yardım proqramlarına 966 milyon avro ayırıb.