Vaxt.Az

“Patriot” hədiyyə


 

Rumıniya Ukraynaya hava hücumundan müdafiə sistemi bağışladı

“Patriot” hədiyyə Rumıniya Ukraynaya “Patriot” raketdən müdafiə sistemi bağışlayacağını açıqlayıb. Rumıniya parlamentinin qəbul etdiyi qanun layihəsi Rumıniya prezidenti Klaus İohannisin təsdiqi ilə qüvvəyə minəcək və Rumıniya özünün iki “Patriot” müdafiə sistemindən birini Ukraynaya verəcək.

Rumıniyanın bu qərarı ilə Ukraynanın son dərəcə təsirli uzaq mənzilli müdafiə sisteminə sahib olacağı bildirilib.

Qərardan sonra sosial media hesabında paylaşım edən Ukrayna prezidenti Vladimir Zelenski Rumıniyaya minnətdarlığını bildirib və "Bu, hava məkanımızı, xalqımızı və infrastrukturumuzu Rusiyanın raket terrorizmindən qorumaq üçün son dərəcə böyük töhfədir”, – deyib.

“Bu cür hərəkətlər saysız-hesabsız insanların həyatını xilas edir və biz Rusiya terrorizminə qarşı güclü addımlar atmış tərəfdaşlarımıza minnətdarıq. Bu hava hücumundan müdafiə sistemi təkcə ölkəmizi qorumayacaq, həm də tərəfdaşlarımız və region üçün uzunmüddətli təhlükəsizliyi artıracaq”, – Zelenski deyib.

Bu arada, 2004-cü ildən NATO üzvü olan Rumıniya Ukrayna ilə 650 kilometrlik sərhədi bölüşür.

 





06.09.2024    çap et  çap et