Vaxt.Az

Zibil müharibəsi yenidən qızışdı


 

8 saatda 260 plastik butulka dolu torba göndərilib

Zibil müharibəsi yenidən qızışdı Şimali Koreya 3 gündür Cənubi Koreya ərazisinə “zibil şarları” yağdırır. Rəsmi Seul dünən gecədən bəri 260-dan çox zibil torbaları göndərildiyini və hərəkətin üç gündür davam etdiyini açıqlayıb.

“Yonhap”ın məlumatına görə, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimalın bir-birinin ardınca ölkəyə zibillə dolu yüzlərlə şar göndərməyə davam etdiyi bildirilib.

Açıqlamada 3 gündür davam edən təxribat, dünən gecədən bəri pik hədə çatıb. Bu gün səhərədək müxtəlif şəhərlərə 260-dan çox zibil torbasının düşdüyü bildirilib.

Atılan zibil balonlarından 140-nın paytaxt Seulun bəzi rayonlarına və yaxınlıqdakı Gyeonggi əyalətinə düşdüyü qeyd edilib. Açıqlamada şarların əksəriyyətində kağız və plastik butulkaların olduğu və təhlükəli maddə aşkar edilmədiyi vurğulanıb.

İki ölkə arasında “köpük gərginliyi” aylardır davam edir. Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyada yaşayan fəallar Şimala Pxenyan administrasiyasını tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər.

Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya zibillə dolu 3 mindən çox şar göndərib. İki ölkə arasında gərginliyə səbəb olan hava şarları tədarükünün Şimali Koreya tərəfindən ifadə azadlığı olaraq xarakterizə edilməsi Cənubi Koreya tərəfindən pislənilib.

 





06.09.2024    çap et  çap et