ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna Müdafiə Əlaqələri Qrupu üzvlərini ABŞ-ın ölkədən kənarda yerləşən ən böyük aviabazasında görüşməyə dəvət edib. Almaniyanın “Der Spiegel” jurnalının məlumatına görə, görüşdə Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edəcək.
DPA-dan məlumatına görə, görüşdə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək yollarının müzakirə ediləcəyi gözlənilir.
Ukrayna Müdafiə Əlaqələri Qrupuna təxminən 50 ölkə, o cümlədən Almaniyadan daxildir. Ramşteyn bazasında əvvəlki danışıqlarda olduğu kimi, görüşə NATO üzvü olmayan ölkələr də dəvət olunub. Bu, Ukrayna Müdafiə Əlaqələri Qrupunun 24-cü iclasıdır və əksər toplantıya üzvlər videokonfrans vasitəsilə qatılıb.
Rusiya 2022-ci il fevralın 24-dən qonşusu Ukraynaya müharibə elan edib. Qərb digər yardımlarla yanaşı, irimiqyaslı silah daşımaları ilə Kiyevin müdafiəsini dəstəkləyir.